Gecənin yol terroru - ölü sayı 21 oldu FOTOLAR, YENİLƏNİB

06 Oktyabr, 2017 11:30 | Hadisə | Baxış sayı: 444
Qəza yeri
Qəza yeri

Qatar yoluna çıxan avtobusu vurdu

Rusiyada bu gecə baş verən dəhşətli yol qəzasınd aölənlərin sayı artıb. İstiPress-in "İnterfaks"a istinadla verdiyi məlumata görə, avtobusla qatarın toqquşması nəticəsində 21 nəfər ölüb. Onların üçü uşaqdır. 

Ümumilikdə avtobusda sürücülər də daxil olmaqla 58 nəfər olub. Qazaxıstan dövlət nömrə nişanlı avtobusda olan sərnişinlərin hamısı özbəklər olub. Sürücülər isə Qazaxıstan vətandaşlarıdır. 

Saat 08:30

Rusiyanın Vladimir vilayətində dəmir yolu keçidi üzərində qatarın avtobusu vurması nəticəsində azı 19 nəfər həyatını itirib.

IstiPress-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi  məlumat yayıb. Qəza Vladimir vilayətinin Petuşinski rayonundakı Pokrov dəmiryolu stansiyasının ərazisində baş verib. Hadisə bu gecə yerli vaxtla saat 03:39-da baş verib. 

Məlumata görə, ölən və yaralananların hamısı avtobusun sərnişinləridir. Avtobusda ümumilikdə 50 nəfər olub. Ölənlərdən 15 nəfər Özbəkistan vətəndaşıdır.  

İlkin məlumata görə, avtobus qadağanedici siqnala məhəl qoymayaraq dəmir yol keçidinə çıxıb. Keçiddə xarab olan avtobusu sərnişinlər itələmək üçün bayıra çıxıblar. Məhz onlar sağ qalıblar. Avtobusu "Sankt-Peterburq – Nijni Novqorod" marşrutu üzrə hərəkətdə olan qatar vurub.

Xəbərə görə, qəza nəticəsində ölənləri arasında 1 uşaq da var. Həmçinin 3-ü uşaq olmaqla 15 nəfər xəsarət alıb.

Qatar avtobusu vurdu - Rusiya, Vladimir vilayəti, Petuşinski rayonu, Pokrov dəmiryolu stansiyası