Qardaşı arvadını öldürən Nəriman saxlanıldı

06 Sentyabr, 2019 18:57 | Hadisə | Baxış sayı: 318

Qətl hadisəsi səhər saatlarında baş verib

Ağsuda qardaşı arvadını qətlə yetirən Qiyaslı kənd sakini Nəriman Zahidov  hüqüq mühafizə orqanları tərəfindən saxlanılıb.

İstiPress-in məlumatına görə, 19 yaşlı Xumar Zahidovanı öldürməkdə təqsirli bilinən N.Zahidov  barəsində Ağsu rayon Prokurorluğunda ARCM 120.1 maddəsi ilə cinayət işi açılıb,istintaq davam edir.

Qeyd edək ki, hadisə səhər saatlarında baş verib. Nəriman Zahidov 19 yaşlı Xumar Zahidovanı kəndirlə boğaraq öldürüb. Öldürülən qadın iki aylıq körpə anası olub. O, həm də Nərimanın bibisi qızı olub.