Gülər Əhmədovanın oğluna hökm oxundu

06 Avqust, 2020 11:42 | Hadisə | Baxış sayı: 212
Toğrul Əhmədov
Toğrul Əhmədov

Keçmiş deputat Gülər Əhmədovanın qanunsuz silah saxlamaqda təqsirləndirilən oğlu Toğrul Əhmədov 2 il azadlıqdan məhrum edilib. 

İstiPress-in məlumatına görə, Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədov onu Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə təqsirli bilib. 

Qeyd edək ki, 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının fevral ayında keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun idarə etdiyi BMW markalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə ittiham verilib.