Ekskavator su kanalına düşdü - sürücü öldü

06 Avqust, 2019 15:40 | Hadisə | Baxış sayı: 77
Su kanalı
Su kanalı

Hərəkətdə olarkən idarəetməni itirib

İmişli rayonunda ekskavator su kanalına düşüb, sürücü ölüb.

İstiPress-in məlumatına görə, hadisə ötən gün səhər saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Telişli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1984-cü il təvəllüdlü Zamin Şahin oğlu Cavadlı idarə etdiyi 33-AT-623 dövlət nömrə nişanlı DOOSAN markalı ekskavatorla hərəkətdə olarkən idarəetməni itirib və ekskavator yoldan çıxaraq su kanalına düşüb.

Hadisə nəticəsində sürücü suda boğulub. 

Faktla bağlı araşdırma aparılır.