Bakıda ağır qəza - 2 ölü, 12 yaralı

06 Avqust, 2019 16:32 | Hadisə | Baxış sayı: 86
Avtomobil qəzası
Avtomobil qəzası

İki avtomobil toqquşub

Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

İstiPress-in məlumatına görə, qəza avqustun 5-də saat 17 radələrində qeydə alınıb. 

Bakı şəhər sakinləri İ.Əsgərovun idarə etdiyi “Mercedes” və N.Həşimovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.

Nəticədə avtomobillərdə olan sərnişinlərdən Əjdər Xudaverdiyev və Əli Musayev ölüb, digər 12 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.