Azərbaycanda 17 yaşlı qız özünü asdı

06 Avqust, 2019 17:47 | Hadisə | Baxış sayı: 120
İntihar - ARXİV
İntihar - ARXİV

Ailəsinin onu məcburi şəkildə ərə vermək istəyib

Azərbaycanda daha bir 17 yaşlı qız intihar edib.

İstiPress-in məlumatına görə, hadisə avqustun 6-na keçən gecə Cəlilabad rayonunun Əliqasımlı kəndində baş verib. Kənd sakini Hacıyeva Aysun Maqsud qızı həyətdəki yarımtikilidə özünü asıb.

Cəlilabad rayonunun hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qızın özünü öldürməsinə səbəb ailəsinin onu məcburi şəkildə ərə vermək istəməsi olub.

Qadın çarpayısında nəvəsini görməyəndə onu axtarmağa başlayıb və meyitini tapıb.

Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.

Xatırladaq ki, analoji hadisə Zaqatala rayonunda baş verib. Belə ki, 5 gün əvvəl 17 yaşlı Gülər İsmayılova özünü asıb.