Azərbaycanda narkoplantator həbs olundu

06 İyun, 2018 19:35 | Hadisə | Baxış sayı: 114
Narkoplantasiya
Narkoplantasiya

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

İstiPress-ə bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Daxil olmuş məlumat əsasında Qax rayon sakini Ümidvar Yusifov saxlanılıb.Ü. Yusifov yaşadığı Tasmalı kəndində özünəməxsus bağ səhəsində əkdiyi çətənə kollarına qulluq edərkən elə iş başında yaxalanıb. Polis əməkdaşlarının həmin əraziyə baxış keçirdikləri zaman oradan 310 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni satmaq məqsədilə əkdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.