Tanınmış şairin bacısı oğlu öldürüldü

06 May, 2019 15:56 | Hadisə | Baxış sayı: 186
Salam Sarvan
Salam Sarvan

Hadisə mayın 4-də baş verib

Tanınmış şair Salam Sarvanın bacısı oğlu öldürülüb.

İstiPress-in məlumatına görə, hadisə Abşeron rayonunda qeydə alınıb. 1997-ci il təvəllüdlü Mikayıl Qəmbərovun ölüm səbəbi bilinmir.

S.Sarvanın özü bildirib ki, hadisə mayın 4-də baş verib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, hadisə ilə bağlı rəsmi məlumat yayılacaq.