Azərbaycana narkotik vasitələr gətirən şəxslər həbs ediliblər

06 May, 2019 16:58 | Hadisə | Baxış sayı: 30
Heroin
Heroin

Avtomobilində ı 1 kiloqram 150 qram heroin aşkarlanıb

Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.

İstiPress-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər sakini əvvəllər dəfələrlə məhkum olunan Zaxar Şamilov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,514 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Z.Şamilov ifadəsində narkotik vasitəni Nizami adlı şəxsdən aldığını bildirib.

İdarə əməkdaşları tərəfindən keçirilən əlavə əməliyyat zamanı həmin şəxs, Abşeron rayonu Mehdiabad qəsəbəsində yaşayan Nizami İsmayılov da tutularaq istintaqa təqdim edilib. Onun idarə etdiyi “Mersedes” markalı avtomobilə baxış zamanı 1 kiloqram 150 qram narkotik vasitə heroin və 10 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilib. N.İsmayılov Z.Şamilovla bir müddət əvvəl tanış olduğunu və onun vasitəsi ilə narkotik maddələrin aludəçisi olduğunu bildirib.

Araşdırma zamaı müəyyən edilib ki, N.İsmayılov Z.Şamilovla birlikdə satış məqsədi ilə İrandan Azərbaycana narkotik vasitələr gətirib. Amma sonuncu dəfə onların qarşısı polislər tərəfindən alınıb.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində hər iki şəxs barəsində cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.