Arvadını bıçaqladı - 7 il 10 ay həbs cəzası aldı

06 May, 2019 14:54 | Hadisə | Baxış sayı: 30
Əli bıçaqlı qatil (Arxiv)
Əli bıçaqlı qatil (Arxiv)

Yaralının həyatını xilas etmək mümkün olub

Bakı Ağır Cinayətlər Məhkəməsi adam öldürməyə cəhddə təqsirləndirilən Rəcəb Məmmədovu 7 il 10 ay müddətinə azadlıqdan məhrum edib. 

İstiPress-in məlumatına görə, hadisə ötən il Bakının Zığ qəsəbəsində baş verib. R.Məmmədov münaqişə zəminində həyat yoldaşı Günel Məmmədovanı bıçaqlayıb.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Daha sonra R.Məmmədov həbs edilib.