Karantini pozmaq 3807 nəfərə baha başa gəldi

06 Aprel, 2020 11:33 | Hadisə | Baxış sayı: 77
Karantin
Karantin

“WhatsApp”da koronavirusla bağlı yalan yayan şəxs də ələ keçdi

Ötən gün xüsusi karantin rejimini pozduqlarına görə 6 nəfər inzibati qaydada həbs, 3800 nəfər inzibati cərimə olunmuş, 1 nəfərə isə xəbərdarlıq edilib. 

daxiıli İşlər Nazirliyindən veriləın məlumata görə, koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 5-dən 6-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 5, o cümlədən Bakı şəhərində 2 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərindən 1 nəfər inzibati həbs edilib. 4 nəfər isə inzibati cərimə olunub. 

Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 3796 nəfərə, onlardan Bakı şəhəri üzrə 1588 nəfərə cərimə tətbiq edilmiş, 5 şəxs inzibati qaydada həbs olunmuşdur.

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə, o cümlədən “WhatsApp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 1 nəfərə xəbərdarlıq edilib.