Karantindəki xəstələrin sayı 4 mini keçdi - Azərbaycanda

06 Aprel, 2020 15:45 | Hadisə | Baxış sayı: 89
Koronavirus
Koronavirus

45 mindən artıq test aparılıb

Azərbaycanda koronavirusa görə karantinə yerləşdirilənlərin sayı məlum olub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 4369 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 45 mindən artıq test aparılıb.

Xatırladaq ki, ümumilikdə, ötən dövr ərzində ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 641 şəxsdən 44 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.