Hacı Əbdül vəfat etdi

06 Aprel, 2020 09:11 | Hadisə | Baxış sayı: 264
Hacı Əbdül
Hacı Əbdül

"Tövbə” Cəmiyyətinin sədri ürəktutmasından keçinib

"Tövbə” Cəmiyyətinin sədri, İmam Hüseyn məscidinin axundu Hacı Əbdül Əbdülov 80 yaşında vəfat edib.  O, dünən gecə saatlarında ürək tutmasından ölüb.

Hacı Əbdül bu gün günorta saatlarında "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Hacı Əbdül 1940-cı ildə anadan olub.