Gəlin aparmaq üçün Qazaxa gələn türk bəy Azərbaycanda qaldı

06 Aprel, 2020 14:10 | Hadisə | Baxış sayı: 904
Cütlük
Cütlük

Sərhədlər bağlandığı üçün qazaxlı cütlük

Gəlin aparmaq üçün Türkiyədən gələnlər koronavirus izolyasiyasının qurbanı olublar. İstiPress-in CNNtürk-ə istinadla verdiyi məlumata görə, Ardahandan olan 32 yaşlı Türkay Türköz əmisi oğlu Murat Türköz (42 yaş) və onun həyat yoldaşı Aybəniz Türköz (35) ilə Azərbaycana gəlib.

Türkiyəli ailə mart ayının 11-də Azərbaycana giriş edib və gəlini aparmaq üçün Qazağın İşıqlı kəndinə gediblər. Burada Şahnisə Əhmədova ilə Türkay Türközün nişanı baş tutub.

Bundan sonra cütlük Türkiyəyə qayıtmaq üçün martın 13-də yola düşüblər. Lakin Türkiyə ilə Gürcüstan sərhəddi koronavirus infeksiyasının yayaılması səbəbindən bağlandığı üçün keçid edə bilməyiblər. Cütlük və yaxınları bir müddət sərhəddə gözləsə də, onların keçidinə icazə verilməyib. Nəticədə onlar Qazağa geri qayıtmalı olublar. 

Bəyin türkiyədə qalan anası Sadegül Türközün sözlərinə görə, oğlu evlənmək üçün qürbətə üz tutub, lakin gəlinlə birlikdə Azərbaycanda qalıb. "Toy yeməkləri belə hazır idi. Sərhədlər bağlandığı üçün sevincimiz kədərə çevrildi. Prezidentimizdən bizə kömək etməsini istəyirəm".