Quba yolunda faciə, 3 ölü - YENİLƏNİB

06 Mart, 2020 14:54 | Hadisə | Baxış sayı: 981
Qəza
Qəza

Gecə saat 2-də "Tofaş" yük maşını ilə toqquşub

Gecə saatlarında Bakı-Quba yolunun 120-ci km-də baş verən ağır qəzanın bəzi təfərrüatları məlum olub.

IstiPress-in şimal bürosuna Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsindən verilən məlumata görə, gecə saat 00.50 radələrində Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 38 yaşlı Elxan Əhmədovun idarə  etdyi "Renoit" markalı avtomobil irəlidə gedən Həsənbala Qurbanovun idarə etdiyi "Kamaz 5410" markalı yük avtomobilinə çırpılıb.

Nəticədə Boyük Həmyə kənd sakinləri olan sürücü Elxan Əhmədov, sərnişinləri - 29 yaşlı Şamo Əliyev, 29 yaşlı Turan Əsgərov hadisə yerindəcə ölüblər. Sürücünün sərxoş olub-olmaması götürülən analizdən sonra məlum olacaq.

Qəzada dünyasını dəyişən sürücü Elxan Əhmədovun 3 övladı var, bir qızı bir aydır doğulub. Şamo Əliyevin isə 2 övladı var. Turan Əsgərov isə subaydır.

Qəzaya ilkin olaraq dumanlı hava şəraitinin səbəb olduğu deyilir. Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində CM-nin 263.3 maddəsilə cinayət işi açılıb.

08:50

Bakı-Quba yolunun Siyəzən rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində dəhşətli qəza baş verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, qəza 3 nəfərin ölümü ilə nəticələnib.

Gecə saat 2 radələrində baş verən qəzada 38 yaşlı Elxan Şövkət oğlu Əhmədovun idarə etdiyi "Tofaş" markalı avtomobillə yük avtomobili toqquşub. Nəticədə sürücü, Siyəzənin Böyük Həmyə kənd sakini Elxan Əhmədov, sərnişinləri həmkəndliləri - 26 yaşlı Şamo Zəbiulla oğlu Əliyev və 29 yaşlı Turan Mahir oğlu Əsgərov yerindəcə ölüb.

Onlar Xaçmazdan qayıdırlarmış. Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi dəhşətli qəzanı araşdırır. Faktla bağlı cinayət işi açılıb.