Qaynaq ustası faciəli şəkildə öldü

06 Mart, 2020 15:42 | Hadisə | Baxış sayı: 155
Qaynaqçı
Qaynaqçı

Ehtiyatsızlıqdan yıxılaraq ölüb

Ağdaş rayon sakini faciəli şəkildə vəfat edib.

İstiPress-in məlumatına görə, hadisə rayonun Dəhnəxəlil kəndi ərazisində yerləşən çınqıl karxanasında qeydə alınıb.

Belə ki, karxanada usta kimi çalışan rayon sakini Mahir Hacıyev beton hazırlayan dəzgahın arasında qaynaq işi görən zaman ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.