Gənc qadın sirkə içərək öldü

06 Mart, 2020 13:53 | Hadisə | Baxış sayı: 86
Sirkə turşusu
Sirkə turşusu

Xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb

Ucar sakini sirkə turşusundan zəhərlənərək ölüb.

İstiPress-in məlumatına görə, rayonun Ramal kənd sakini 1980-cı il təvəllüdlü Hüseynova Ramilə Oqtay qızı sirkə turşusu içib.

Yaxınları tərəfindən Ucar rayon Mərkəzi Xəstəxanasına aparılan qadının həyatını xilas etmək mümkün olmayıb.

O, xəstəxananın reanimasiya şöbəsinə ölüb. R.Hüseynovanın hansı səbəbdən sirkə turşusu içməsi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.