Qısqanclıq zəminində anasını öldürən Bakı sakininə güzəşt edilmədi

06 Yanvar, 2018 15:38 | Hadisə | Baxış sayı: 244
Əli bıçaqlı qatil (Arxiv)
Əli bıçaqlı qatil (Arxiv)

Qısqanclıq zəminində anasını öldürməkdə təqsirləndirilən Siyavuş Zöhrabovun kassasiya şikayətinə baxılıb.

İstiPress-in məlumatına görə, 2015-ci il iyulun 6-da Bakıda yaşayan S.Zöhrabov anası, 1970-ci il təvəllüdlü Tahirə Zöhrabovaya 10 bıçaq zərbəsi vuraraq öldürüb. T.Zöhrabova bir müddət əvvəl ərindən boşanıb, S.Zöhrabov anası ilə, digər iki uşaq isə atasıyla yaşayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Zöhrabov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzanın yüngülləşdirilməsi üçün apellyasiya şikayəti versə də, təmin edilməyib. 

Kassasiya şikayətinə isə Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə baxılıb və qərar qüvvədə saxlanılaraq S.Zöhrabova güzəşt edilməyib.

Qafqazinfo