Oğru dünyası üçün ən maraqlı il - "Lotu Quli" klan yaradır

06 Yanvar, 2018 11:42 | Hadisə | Baxış sayı: 467
"Loti Quli"
"Loti Quli"

Azərbaycanlı avtoritet keçmiş sovet məkanında "birinci" olmaq istəyir

2018-ci il "qanuni oğrular"ın dünyasında ən maraqlı il ola bilər. Rusiya mətbuatı belə yazır. Birincisi, bir neçə avtoritet bu il həbsxanadan çıxacaq. İkincisi, Nadir Səlifov (Lotu Quli ləqəbi ilə məşhurdur) fəal şəkildə fəaliyyət dairəsini genişləndirəcək. Bu isə qalmaqallar, mübahisələr deməkdir.

Ötən il Azərbaycanda həbsdən azad edilən "Lotu Quli" Türkiyəyə köçüb. Mətbuatın məlumatına görə, o artıq öz klanını formalaşdırmağa başalayıb. O, bu gün bir nömrəli  "qanuni oğru" adına iddialıdır. Bunun üçün ona Rusiyaya getmək lazımdır. Hələlik bu ölkədə axtarışa verildiyi üçün bu mümkün deyil. özünün əvəzində o, Moskvaya nümayəndəsini - doğma qardaşı, "qanuni oğru” Namiq Bakinskini göndərib. Bakinski Rusiyanın paytaxtında aydın şəkildə kimin kriminal "boss" olduğunu izah edib. Yazılanlara görə, Səlifovun rəhbərlik iddiası ilə razılaşanların sayı çoxdur.

"Lotu Quli" bu gün əsas məqsədinin bütün keçmiş sovet məkanında bir nömrəli “qanuni oğru” olmaq olduğunu gizlətmir. Lakin onun rəqibləri də var. Özünün “taxt” iddalarını başqa kriminal avtoritetlər də dilə gətiriblər. Məsələn, Eduard Asatyan, Dmitri Çanturiya. Onlar hətta birgə klan da qurmağa başlayıblar.

Daha bir necə avtoritet var ki, bu gün-sabah həbsxanadan çıxacaqlar. Amma ekspertlər onların Qulinin təzyiqləri qartşısında tab gətirə biləcəklərini düşünmürlər.

Bunun üçün də "birinci" adı uğrunda mübarizə bu ilin kriminal aləmdə sakit olacağı barədə ümidləri soldurur.