Bakıda adam dolu avtobus dərəyə aşdı

06 Yanvar, 2018 18:05 | Hadisə | Baxış sayı: 872
Avtobus qəzası - Zığ yolu, 06.01.2018
Avtobus qəzası - Zığ yolu, 06.01.2018

İçəridə 20-dən çox sərnişin olub

Bakıda sərnişin avtobusu aşıb.

İstiPress-in məlumatına görə, hadisə  saat 16:30 radələrində Zığ şossesində baş verib. Avtobusun içərisində 20-yə yaxın sərnişin olub. 175 nömrəli marşrut üzrə hərəkət edən avtobusun dərəyə aşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Hadisəyə səbəb kimi avtobusun yüksək sürətlə idarə edilməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır. 

Avtobus qəzası - Zığ yolu, 06.01.2018
Avtobus qəzası - Zığ yolu, 06.01.2018