Ad günün qeyd edən kişi ölümə belə "uçdu" VİDEO

06 Yanvar, 2018 13:25 | Hadisə | Baxış sayı: 276
Şanlıurfa qalası
Şanlıurfa qalası

"Bir, iki üç Ya Allah" deyib uçurumdan tullandı

Türkiyədə Xəlil Dağ adlı kişi dağdan yıxılaraq ölüb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Şanlıurfada yaşayan və telefon mağazası olan 38 yaşlı şəxs ad gününü dostları ilə birlikdə qeyd edib. Dostlar Şanlıurfa qalasında xatirə fotosu çəkdirmək istəyiblər.

Tarixi qalada gəzdikdən sonra Xəlil Dağ uçurumun kənarındakı bir qayanın üzərinə çıxıb. O, "bir, iki, üç Ya allah" deyərək bir neçə metr hündürülüyü olan qayadan otların üzərinə hoppanmaq istəyib. Lakin müvazinətini saxlaya bilıməyib, ayağa qalxmağa belə imkan tapmadan ad günü günü uçurumdan yuvarlanaraq yerə çaxılıb. Ağır yaralı 8 uşaq atası dərhal xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb. 

Baş verənlər isə anbaan ad günü qeyd etməyə gələn dostlardan birinin kamerasına düşüb.