Naməlum silahlı hava limanına hücum etdi: 5 ölü

06 Yanvar, 2017 22:56 | Hadisə | Baxış sayı: 53
Naməlum silahlı hava limanına hücum etdi: 5 ölü
Naməlum silahlı hava limanına hücum etdi: 5 ölü

ABŞ-da baş vermiş bu hadisə zamanı yaralananlar da az deyil

ABŞ-ın Fort-Loderdeyl şəhərində (Florida ştatı) silahlı insident baş verib.

İstiPress-in “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxsin hava limanında açdığı atəş nəticəsində azı 5 nəfər ölüb.

"NBC" telekanalının məlumatına görə, insident zamanı 9 nəfər yaralanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun adı və hadisənin motivi hələ ki açıqlanmır.