Nazir rəislərin yerini dəyişdi

05 Dekabr, 2019 16:27 | Hadisə | Baxış sayı: 142
Vilayət Eyvazov
Vilayət Eyvazov

Keçmiş müavin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə təyinat alıb

Daxili işlər naziri Vilayət Eyvazovun sərəncamı ilə Qusar polis şöbəsində kadr dəyişikliyi olub. İstiPress-in Şimal bürosunun məlumatına görə, Quba regional pasport qeydiyyatı şöbəsinin rəisi Hidayət Babayev Qusar rayon polis şöbəsi rəisinin əməliyyat işləri üzrə müavini təyin olunub.

Həmin vəzifəni icra etmiş keçmiş müavin Qalib Hümbətov isə-DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə əməliyyat müvəkkili vəzifəsinə təyinat alıb.