Qırğızıstanın Gömrük Xidmətinin eks rəisi Bakıda tutuldu

05 Dekabr, 2018 10:57 | Hadisə | Baxış sayı: 50
Adamkul Junusov (solda mavi köynəkli)
Adamkul Junusov (solda mavi köynəkli)

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün axtarışda olub

Qırğız Respublikasının hüquq-mühafizə orqanları tərəfindən “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmiş bu ölkənin Dövlət Gömrük Xidmətinin sabiq sədri Adamkul Junusov Bakıda saxlanılıb.

Qırğız Respublikası Cinayət Məcəlləsinin 304-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə axtarışda olan Adamkul Junusov Heydər Əliyev Beynəlxalq Hava Limanında tutulub.

Qeyd edək ki, A.Junusov bu ilin avqust ayında axtarışa verilib. O, 2013-2016-cı illərdə Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışıb. /report/