Rusiya AST Telmanı "İnterpol"a verir

05 Dekabr, 2017 11:30 | Hadisə | Baxış sayı: 72
AST Telman
AST Telman

Milyarderin cinayət işinin materiallarını Baş Prokurorluğa göndərildi

Rusiya İstintaq Komitəsi Azərbaycan əsilli rusiyalı biznesmen Telman İsmayılov barəsində açılan cinayət işinin materiallarını Baş Prokurorluğa təqim edib. Onun “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilməsi üçün materiallar da Prokurorluğa göndərib.

İstiPress-in Rusiya mətbuataına istinadla verdiyi məlumata görə, Çerkizov bazarının keçmiş sahibi, azərbaycanlı milyarder Telman İsmayılova qarşı qiyabi formada qətl təşkilatçılığı barədə ittiham irəli sürülüb.  

İsmayılovun vəkili isə onun barəsində Fransadan sığınacaq istəməsi barədə yayılan xəbərləri təkzib edib.

İstintaqın məlumatına görə, o iki qətlin təşkilatçısı olub. İş adamlarının qətl planını AST Telman qardaşları Rafiq və Vaqiflə birlikdə qurub. Qətli törədən isə Mehman Kərimov adlı şəxs olub. R.İsmayılov onu cinayət yerindən maşını ilə götürərək gizlənməsinə kömək edib. 

Hazırda AST Telmanın qardaşı Rafiq və M.Kərimov polis nəzarətindədir. Telman və Vaqif İsmayaılovlar barəsində isə qiyabi həbs qərarı var.