Hacı Məmmədov dəfn edildi

05 Dekabr, 2017 12:45 | Hadisə | Baxış sayı: 259
Hacı Məmmədov
Hacı Məmmədov

Onun qəbrinin yeri açıqlanmayıb

Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov dəfn edilib. Onun meyiti bu gün səhər ailəsinə təhvil verilib.

Ömürlük azadlıqdan məhrum edilmiş keçmiş müvəkkilin harada dəfn edildiyini açıqlanmayıb. 

Xatırladaq ki, H.Məmmədov keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi “Qara kəmər” əməliyyatı ilə həbs edilib. 19 yanvar 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarına əsasən, ömürlük həbs cəzası alıb.

Bir neçə gün öncə o Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində özünü asaraq intihar edib.