Diaspora rəhbərinin oğlunun intiharında “Mavi balina” izi

05 Dekabr, 2017 14:50 | Hadisə | Baxış sayı: 431
Aqşin Kərimov
Aqşin Kərimov

Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun oğlunun intihar etməsini “Mavi balina” adlı məşhur oyunla bağlayırlar. 

İstiPress-in məlumatına görə, bu versiya ilə “Qafqazinfo” portalı çıxış edib. Portalın əldə etdiyi məlumata görə, Ş.Kərimovun ailəsi ehtimal edir ki, oğlanları Aqşin Kərimov bir müddətdir ki, “Mavi balina” adlı məşhur oyunu oynayırmış. Bu məsələ də yaxınlarına onun ölümündən sonra bəlli olub. 9-cu sinifdə təhsil alan A. Kərimov oyunun təsirindən odlu silahla başına atəş açaraq  intihar edib.

“Sayqa” markalı silahla başından güllə yarası alan A. Kərimov hadisə yerində ölüb. Hadisə baş verən gün 15 yaşlı Aqşin Kərimov evdə tək olub. Anası kiçik bacısını məktəbdən gətirmək üçün gedibmiş. Evə qayıdanda bacısı Aqşinin qan içində yerə uzandığını görüb. Həmin vaxt onun nəbzi hələ atırmış. Az sonra keçinib.

Cənazəsi dəfn edilmək üçün artıq Bakıya yola salınıb.