Azərbaycanda qadın sürücü qəzada öldü

05 Dekabr, 2017 17:57 | Hadisə | Baxış sayı: 256
Qadın sürücü
Qadın sürücü

Hələlik mərhumun şəxsiyyəti məlum deyil

Bərdə rayonunda ağır yol qəzası baş verib.

İstiPress-in məlumatına görə, hadisə Yevlax-Bəhrəmtəpə yolunun Bərdənin Mehtili kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-21010” markalı avtomobil idarəetməni itirərək bir necə dəfə aşıb. Nəticədə avtomobildə olan sərnişin (hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı qadın) dünyasını dəyişib.

Faktla bağlı polis araşdırma aparır.

Report