Azərbaycan diaspor rəhbərinin ailəsində faciə

05 Dekabr, 2017 09:19 | Hadisə | Baxış sayı: 124
Şirvan Kərimov və oğlu
Şirvan Kərimov və oğlu

Gənc oğlan ehtiyatsızlıqdan özünü güllələdi

Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun ailəsində bədbəxt hadisə baş verib.

İstiPress-in APA-ya istinadla verdiyi məlumata görə, diaspor rəhbərinin oğlu Aqşin Kərimov evdə odlu silahla ehtiyatsız davranıb. Nəticədə odlu silahdan atəş açılıb. Başından güllə yarası alan A. Kərimov hadisə yerində ölüb.

Hadisə vaxtı ailə üzvlərinin evdə olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.