Baba qəza törətdi, nəvə öldü

05 Noyabr, 2019 15:10 | Hadisə | Baxış sayı: 81
Avtomobil qəzası
Avtomobil qəzası

Bir ailədən 2 nəfər dünyasını dəyişdi

Binəqədi rayonunun Goradil bağlar sahəsində yol-nəqliyyat hadisəsi baş verib. 

İstiPress-in məlumatına görə, qəza noyabrın 4-də saat 13 radələrində qeydə alınıb. 

Bakı şəhər sakinləri Ş.Əliyevin idarə etdiyi “Volvo” və M.Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə M.Quliyevin sərnişinlərindən Tünzalə Quliyeva hadisə yerində, nəvəsi 2 - yaşlı Yusif xəstəxanada ölüb, özü və digər sərnişini olan 1 yaşlı nəvəsi isə xəstəxanaya yerləşdiriliblər.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.