Azyaşlı uşağı maşın vurdu, vəziyyəti ağırdır

05 Noyabr, 2019 18:54 | Hadisə | Baxış sayı: 64
Təcili yardım maşını
Təcili yardım maşını

5 yaşlı uşağı Şəki rayon Mərkəzi Xəstəxanasına aparıblar

Oğuzda azyaşlı uşağı maşın vurub.

İstiPress-in məlumatına görə, hadisə rayonunun Padar kəndində baş verib.

Belə ki, İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Padar kəndi ərazisindən keçən hissəsində həmin kənd sakini, 2014-cü il təvəllüdlü Rəşad Rüstəm oğlu Məzahirov "Opel"markalı avtomobil tərəfindən vurulub.

Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılan 5 yaşlı R.Məzahirovun vəziyyəti ağır olduğu üçün  Şəki rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.