Azərbaycanlıları daşıyan avtobus Rusiyada qəzaya düşdü

05 Noyabr, 2019 11:30 | Hadisə | Baxış sayı: 35
Qəzaya uğrayan avtobus
Qəzaya uğrayan avtobus

Minik maşını ilə toqquşan avtobus xəndəyə düşüb

Azərbaycanalıları daşaıyan avtobus Rusiyada qəzaya uğrayıb. Hadisə Stavropol diyarında, Blaqodarnıy Budennovski qəsəbəsində qeydə alınıb. 

Rostovdan Bakıya gələn "Ford Transit" yolda dönmə manevri edən minik maşını ilə toqquşub. Daha sonra avtobus ağaca dəyib və xəndəyə düşüb. 

Avtobusda 9 Azərbaycan vətəndaşı olub. Qəza nəticəsində 7 nəfər xəsarət alıb, ölən yoxdur. Xəsarət alanlar yerli mərkəzi şəhər xəstəxanasına aparılıblar.