İki maşın toqquşdu, 1 yaşlı uşaq öldü

05 Oktyabr, 2019 17:00 | Hadisə | Baxış sayı: 86
Qəzaya uğrayan "Jiquli"
Qəzaya uğrayan "Jiquli"

Ölümlə nəticələnən qəza Beyləqanda baş verib

Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 4-də saat 18 radələrində Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində Beyləqan şəhər sakini R.Şahkərəmlinin idarə etdiyi “Mercedes” və Yeni Mil qəsəbə sakini A.Məhərrəmovun idarə etdiyi “VAZ-2109” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Məhərrəmovun sərnişinlərindən 1 yaşlı qızı Aysun orada ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.