Rusiyadan Azərbaycana gələn avtobus qəzaya uğrayıb

05 Oktyabr, 2018 10:14 | Hadisə | Baxış sayı: 96

Yolun kənarında dayanmış KAMAZ ilə toqquşub

Rusiyada Stavropoldan Azərbaycana gələn "Ford" markalı sərnişin mikroavtobusu qəzaya uğrayıb.

İstiPress-in məlumatına görə, qəza Bakı vaxtı ilə saat 03:30-da Vladiqafqazda baş verib.

Mikroavtobus yolun kənarında dayanmış KAMAZ ilə toqquşub və ardından "Opel" markalı avtomobili "sürtüb".

Qəza nəticəsində 5 nəfər xəsarət alıb, onlar Vladikavkazdakı xəstəxanaya yerləşdiriliblər.