Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanıldı

05 Oktyabr, 2018 13:23 | Hadisə | Baxış sayı: 64
Qandallanmış əllər
Qandallanmış əllər

Ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə günahlandırılır

Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.

İstiPress-ə bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, DİN Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan 1985-ci il təvəllüdlü Muxtar Nəcəfov saxlanılıb.