İtkin düşən yaşlı kişi asılmış halda tapıldı - FOTO

05 Sentyabr, 2019 19:47 | Hadisə | Baxış sayı: 136
İtkin kişi
İtkin kişi

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil

Qaxda itkin düşən 82 yaşlı kişi asılmış vəziyyətdə tapılıb.

İstiPress-in məlumatına görə, sentyabrın 1-i səhər saatlarında itkin düşən Qax rayon Ləkit kənd sakini Ağamalıyev Aslan Nuru oğlu elə həmin kənd ərazisindəki meşəlikdə asılmış vəziyyətdə aşkar olunub.

Hadisə yerini hüquq-mühafizə orqanlarının və prokurorluq əməkdaşları cəlb olunub. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.