Adam öldürüb təslim oldu

05 Sentyabr, 2019 15:52 | Hadisə | Baxış sayı: 120
Əli bıçaqlı qatil (Arxiv)
Əli bıçaqlı qatil (Arxiv)

Qatil əvvəllər də dəfələrlə məhkum olunub

Sentyabrın 3-də Binəqədi rayonu ərazisindəki kafelərin birindən Saatlı rayon sakini Əflan İsgəndərovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Polis Bölməsinə məlumat daxil olub.

İstiPress-in məlumatına görə, qəsdən adam öldürməkdə şübhəli bilinən Daşkəsən rayon sakini T.İsmayılov könüllü olaraq istintaqa təslim olub.

Bununla bağlı istintaq, əməliyyat-axtarış və profilaktiki tədbirlər aparılıb. 

Qeyd edilir ki, T.İsmayılov əvvəllər də dəfələrlə məhkum olunub.