İçi sərnişin dolu iki təyyarə toqquşdu

05 Sentyabr, 2018 15:05 | Hadisə | Baxış sayı: 123

Sərnişinlər heç bir xəsarət almayıb

Çində sərnişin təyyarəsi qəzaya uğrayıb.

İstiPress-in məlumatına görə, Nankin şəhərinin “Lukou” hava limanında yerli uçuş həyata keçirən təyyarələr toqquşub. Belə ki, eniş etməyə hazırlaşan Airbus A320 xəttə hərəkətsiz dayanan digər hava nəqliyyatına çırpılıb.

Qəza zamanı sərnişinlər heç bir xəsarət almayıb, təyyarələrin burun hissəsi ciddi zədələnib.