Küçənin ortasında doğdu və .... VİDEO

05 Sentyabr, 2017 11:11 | Hadisə | Baxış sayı: 2057
Küçədə doğan qadın
Küçədə doğan qadın

Qadın uşaını da qucağına alaraq yoluna davam edib

Əhalisinin sayı bir milyardı ötən Çində qəribə hadisə baş verib. Hamilə qadın alış-veriş zamanı, elə küçənin ortasında gəzən zaman körpəsini dünyaya gətirib.

İstiPress-in xarici mətbuata istinadla verdiyi məlumata görə, qadının doğuş prosesinin başladığını görən küçədən keçənlər yerə karton açıb, stul gətirib və təcili yardıma xəbər veriblər. Lakin qadın səhiyyə işçiləri gəlib çatmamış körpəsini dünyaya gətirib. Hadisə yerinə gələn həkimlər isə ancaq körpənin göbəyini kəsərək, anasına təhvil veriblər.

Bir neçə dəqiqə sonra isə qadın körpəsini də qucağına alaraq heç nə olmamış kimi yoluna davam edib.