Toydan gələn ailə qəzaya düşdü - 1 ölü, 3 yaralı - FOTO

05 Avqust, 2019 17:29 | Hadisə | Baxış sayı: 153
Avtomobil qəzası
Avtomobil qəzası

Avtomobil qaz xəttinə çırpılıb

Bu gün Qubada toydan gələn ailə qəzaya düşüb.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə rayonun Püstəqasım kəndində qeydə alınıb.

Toydan qayıdan sərnişinləri daşıyan Vaz 2107 markalı avtomobil qaz xəttinə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - Xaçmazın Müzəffəroba kənd sakini, 61 yaşlı  Elmira Məmmədova hadisə yerində ölüb. Onun gəlini, 26 yaşlı Şəlalə və 6 yaşlı nəvəsi  Dilşad Məmmədovalar və Qubanın Tiimiryazev qəsəbə sakini, 39 yaşlı Gülnarə Quliyeva isə müxtəlif xəsarətlərlə Quba diaqnostika mərkəzinə çatdırılıblar.

Qəzanı Quba polis şöbəsinin istintaq bölməsi araşdırır. Avtomaşının qaz xəttini zədələməsi nəticəsində Püstəqasım kəndinin 40 abunəçisi qazsız qalıb.