Bakıdan getdi, rayonda qəza törədib öldü

05 İyul, 2019 13:54 | Hadisə | Baxış sayı: 192
Avtomobil qəzası
Avtomobil qəzası

Avtomaşın yolayırıcı dəmir çəpərə dəyib

Bakı-Quba yolunun 84-cü km-də-Siyəzən rayonunun Zarat kəndi ərazisində ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, Abşeron rayon sakini Elçin Namazov idarə etdiyi Vaz-2107 markalı avtomobillə Quba istiqamətinə gedərkən avtomaşın yolayırıcı dəmir çəpərə dəyib.

Dərhal Siyəzən regional müalicə dioqnostika mərkəzinə çatdırılan sürücü Elçin Namazov yolda keçinib, sərnişin, sürücünün oğlu, 9 yaşlı Toğrul Namazova isə mərkəzdə ilk tibbi yardım göstərilib.

Qəza faktını DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair istintaq və təhqiqat şöbəsi araşdırır.