Ermənistanda Azərbaycan dərmanları - FOTO

05 İyul, 2018 17:44 | Hadisə | Baxış sayı: 272
Dərman
Dərman

Ermənistan apteklərində Türkiyə və Azərbaycan bazarları üçün nəzərdə tutulan dərmanlar peyda olub.

İstiPress-in məlumatına görə, Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi feysbuk hesabında bildirib ki, “Aveloks” və “Puroksan” dərmanları ölkə ərazisinə qanunsuz yollarla gətirilib. 

“Puroksan” dərmanının istifadə təlimatı tamamilə Azərbaycan dilində yazılıb. 

Hazırda dərmanlar ekspertizadan keçirilir.