Bakıda qəbiristanlıqdan silah-sursat tapıldı

05 İyul, 2018 14:41 | Hadisə | Baxış sayı: 52
Silah sursat
Silah sursat

Bakıda qəbiristanlıqdan silah-sursat tapılıb.

İstiPress-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aparılmış profilaktiki tədbirlər nəticəsində Baş Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən Zabrat qəsəbəsi ərazisindəki qəbiristanlıqda “AK” markalı silah, 29 ədəd patron və 1 ədəd patron darağı tapılıb.