Azərbaycanın ən məşhur şirkətində ilk iş günü öldü

05 İyul, 2018 17:04 | Hadisə | Baxış sayı: 238
Elektrik cərəyanı
Elektrik cərəyanı

AAAF Park Yaşayış kompleksində bədbəxt hadisə baş verib.

İstiPress-in məlumatına görə, şirkətdə yenicə işə başlamış Fazil Fərzəliyev elektrik vurması nəticəsində həyatını itirib.

F. Fərzəliyev iş görərkən luka düşüb və orada cərəyan vurub.

Məsələylə bağlı şirkətlə əlaqə saxladıq. “AAAF”ın mətbuat katibi Kənan Məstəliyev olayın bu dəqiqələrdə baş verdiyini bildirib:

“Hadisənin nə səbəbdən baş verdiyi haqqında hələ ki, araşdırma aparılır. Yaşlı adam idi, ürəyinin zəif olduğu deyilir. Müvafiq orqanlar rəy verdikdən sonra dəqiq məlumat söyləyə bilərik”.