Ankarada azərbaycanlı narkobaron tutuldu

05 İyul, 2018 15:45 | Hadisə | Baxış sayı: 59
Qandal
Qandal

Ankarada axtarış aparan polis əməkdaşları şübhəli davranışı ilə diqqəti cəlb edən sürücünün avtomobilindən çox sayda silah-sursat aşkar edib.

İstiPress-in "Karar"a istinadən verdiyi məlumata görə,  avtomobilin sürücüsü Azərbaycan vətəndaşı  E.K. və sevgilisi T.Ö. saxlanılıb.

Məlumata görə, ümumilikdə avtomobildən 11 tapança, 12 daraq, çox sayda mərmi və 1,160 kiloqram kokain tapılıb.

Faktla bağlı araşdırmalar aparılır.