Bolqarıstanda ağır qəza - 40 avtomobil toqquşdu VİDEO

05 İyul, 2017 16:30 | Hadisə | Baxış sayı: 57

31 nəfər xəsarət alıb

Bolqarıstanın İhtiman şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress "Tass"a istinadən xəbər verir ki, qəza nəticəsində 40-dan çox avtomobil toqquşub.

Hadisə nəticəsində azı 31 nəfərin xəsarət aldığı bildirilir. Onlardan 4-nün vəziyyəti ağırdır.

Qəza səhər saatlarında baş verib. Qəzaya səbəb kimi isə sıx duman göstərilir. 

Hazırda qəzanın baş verdiyi ərazi polisin nəzarətinə götürülüb və avtomobillərin evakuasiyası həyata keçirilir.