Şəhər sakinini 18 bıçaq zərbəsi ilə öldürdülər

05 İyun, 2019 15:54 | Hadisə | Baxış sayı: 108
Bıçaqlanma
Bıçaqlanma

Gecə saatlarında kafenin qarşısında baş verib

Sumqayıt sakini bıçaqlanaraq qətlə yetirilib.

İstiPress-in məlumatına görə, hadisə iyunun 5-də gecə saatlarında şəhərin 11-ci mikrorayonunda yerləşən "Xanə" kafesinin qarşısında baş verib.

1978-ci il təvəllüdlü Babayev Tahir Gülmurad oğlu naməlum şəxs tərəfindən 18 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.