Bakıda qatar gənc oğlanı vurdu

05 İyun, 2019 10:33 | Hadisə | Baxış sayı: 63
Təcili yardım maşını
Təcili yardım maşını

Həkimlər yaralının hər iki ayağını amputasiya etməli olub

Biləcəridə, Dəmir yol stansiyası, daş bazarının yanında qatar dəmiryol xəttini keçən 22 yaşlı oğlanı vurub.

IstiPress-in məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, "təcili tibbi yardıma çağırış saat 5.51 də daxil olub. Hadisə yerinə gələn həkim briqadası piyadanın ayaqlarının qatar altında qaldığını görüb. Ağır xəsarət alan gənc Travmatologiya İnstitutuna çatdırılıb. Həkimlər yaralının hər iki ayağını amputasiya etməli olublar.

Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsi baş vermiş hadisə barədə məlumatlandırılıb.