Bakıda azyaşlı qız itkin düşüb - FOTO

05 İyun, 2019 15:59 | Hadisə | Baxış sayı: 144

Hadisə ilə bağlı polisə məlumat verilib

Bakıda 3 yaşlı uşaq itkin düşüb.

Yaxınlarının verdiyi məlumata görə, 3 yaşlı Bağırova Zəhra Rəsul qızı iyunun 4-ü, saat 14 radələrində yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsində itkin düşüb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Fotodakı uşağı görənlərdən 050 505 40 09 telefon nömrəsinə zəng vurmaları xahiş olunur.

Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlı Zəhra ilə bağlı yanlış foto - kişinin əlindən tutmuş uşaq fotosu yayılıb. Lakin həmin fotodakı uşağın Zəhra olmadığı məlum olub.