Sərhəd pozucusu zərərsizləşdirilib

05 İyun, 2018 17:55 | Hadisə | Baxış sayı: 186
Dövlət Sərhəd Xidməti
Dövlət Sərhəd Xidməti

Bu gecə Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisindəki sərhəd zastavasının yaxınlığında bir nəfərin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.

İstiPress-in şimal bürosuna Baş prokurorluqdan verilən məlumata görə, iyunun 4-də saat 21:40 radələrində baş verib. Saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu - 1996-cı il təvəllüdlü Zeynalov Vadim Mərdanoviç hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.

Meyitin üzərinə keçirilmiş baxış zamanı 1 ədəd “Makarov” tipli tapança aşkar olunaraq maddi sübut kimi götürülüb. 

Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır.